Demokratiya pərdəsi, söz azadlığı komuflyajı altında Ermənistan

Demokratiya pərdəsi, söz azadlığı komuflyajı altında Ermənistan

“Ermənistan” TV şirkətinin sahibləri Paşinyanla razılaşıblar. SİA bu barədə “Jamanak” qəzetinə istinadla yazır.

Qəzetin məlumatına görə, Artur Baqdasaryan ona məxsus əvvəlki adı “MoTv” olan, “Հ3” telekompaniyasını “Ermənistan” telekompaniyasının sahibləri Baqrat və Vaaqnu Sarkisyana satıblar. Məlumatda o da yer alır ki, sonuncular, yəni Baqrat və Vaaqnu Sarkisyan hakimiyyət meydanında işləmək, daha dəqiq desək, hakimiyyətin maraqlarını təmsil etmək üçün Nikol Paşinyanla razılaşıblar.

Bəlli olur ki, Ermənistana məxsus telekompaniyalar, eləcə də erməni mətbuatı Paşinyanın “hakimiyyət meydançasında” oynayır. Yəni, demokratiya pərdəsi, söz azadlığı komuflyajı altında Ermənistanın müvcud hakimiyyəti diktatura rejimini davam etdirməkdə israrlıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə