Son bir ildə Şəmkir rayonunda 284 cinayət hadisəsi baş verib. Bu barədə SİA-nın bölgə müxbirinə Şəmkir rayon Polis İdarəsindən məlumat verilib. məlumata görə, baş verən cinayətlərin 95.4 faizinin üstü açılıb. Bundan əlavə hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq istifadəsi və dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbirləri keçirilib.
Nəticə etibarı ilə 1 ildə narkotik vasitələrin satışı, istifadəsi və saxlanması ilə təqsirli bilinən 18 nəfər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB