"Qarabağda diqqət çəkən hadisələr davam edir və bu planda bəzi geosiyasi mərkəzlərin maraqlarının da olması görünür", SİA xəbər verir ki, bu barədə news.am Ermənistanın "Past" qəzetinə istinadən yazır.
"Məhz Samvel Babayanın mitinqlərə başlayıb, müxtəlif aksiyalar keçirmək məqsədləri bu cür şərh olunur", deyə yazan erməni nəşri xatırladır ki, həmin məqsədlərdən biri də "konstitusiya dəyişiklikləri" ilə bağlıdır.
"Müxtəlif mənbələrin verdikləri məlumatlara görə, 15-16 minə yaxın imza toplanıb", yazan nəşr iddia edir ki, həmin imzaların bir qismi manipulyasiyalar yolu ilə əldə edilib.
Nəşr Qarabağda qanlı hadisələrin baş verəcəyini də istisna etmir. Belə ki, qondarma respublikanın "milli təhlükəsizlik" və "polisinin" bu günlərdə yaydıqları məlumatlarına görə, açıq-aydın görünür ki, "hakimiyyət" mümkün kütləvi qarşıdurmalara qarşı ən sərt tədbirlərə hazırlaşır.
Maraqlıdır ki, "DQR" tərəfinin "güc strukturları" bu məsələdə Ermənistan hakimiyyətinə də eyham vurub. Belə ki, həmin bəyanatda yalnız "antikonstitusion addımlar və qanunsuzluqlarla" yanaşı, "xaricdən ölkənin daxili işlərinə qarışması" məsələsinə də toxunulub.
Bu, həm də ondan xəbər verir ki, "DQR"də çox yaxın zamanlarda qanlı qiyam baş verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB