Fazil Mustafa: "Korrupsiyaya qarşı mübarizənin islahata çevrilməsini hamımız arzu edirik"
"Korrupiya və rüşvətxorluğa qarşı mübarizə apardığını bu gün Azərbaycan höküməti bəyan edir. Təklif edirəm ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə komissiyasına Azərbaycanın ictimai-siyasi təşkilatlarının nümayəndələri da daxil olunsun bu işlər geniş şəkildə həyata keçirilsin". SİA-nın verdiyi xəbərə görə, bu təkliflə millət vəkili İqbal Ağazadə Parlamentin bugünki iclasında çıxış edib.
O bildirib ki, bununla da cəmiyyət bu işin kampaniya xarakterli olmadığını və bunun doğrudan da cəmiyyətdə demokratikləşmiş korrupsiya və rüşvətxorluğun azaldılmasına və bütövlükdə neqativ halların aradan qaldırılmasına xidmət edən bir hadisə olduğunu görsün: "Bilirsiniz ki, komissiyanın tərkibində cəmiyyətin müxtəlif sferalarından nümayəndələr var, lakin çox təəssüf ki, orada parlamentin azlığında qalan müxalifətin, o cümlədən də ictimai siyasi təşkilatların parlamentdə təmsil olunmayan QHT-lərin nümayəndələri yoxdur. Hesab edirəm ki, bu daha effektiv mübarizə vasitəsi olar ki, ictimai nəzarəti bütün sferalarda həyata keçirmək üçün bu tərkibdə yenidən bir komissiya formalaşdırılsın və bu komissiya cəmiyyətlə mütəmadi əlaqələr saxlaya bilsin. Hesab edirəm ki, ictimai nəzarət mexanizmi bu tərkibdə daha effektli məşğul ola bilər".
Daha sonra mövzu ilə bağlı söz alan millət vəkili Fazil Mustafa bildirib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə komissiyasının tərkibində ictimaiyyətin və parlamentin müxalifət təmsilçilərinin də yer alması bu istiqamətdə fəaliyyətin faydalı olmasına kömək edəcək: "Bunu vacib hesab edirəm. Korrupsiyaya qarşı mübarizə ilə bağlı təşəbbüs gözəl təşəbbüsdür. Çünki bu addım çoxdan atılmalıydı. Amma birinci təşəbbüs başlayır, təşəbbüsün arxasınca kampaniya gəlir. Kampaniya o vaxt effktiv olur ki , bu açıq proqram xarakterli islahata çevrilsin. Bütün cəmiyyət gözləyir ki, bu islahata çevriləcək. Yoxsa bir aylıq hansısa idarədə və ya nazirlikdə olan hadisə kimi qalacaq. Bunun islahata çevrilməsini hamımız arzu edirik. Ona görə də parlamentdə təmsil olunan müxalifət partiyaları adından parlamentdə Azərbaycan konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı ciddi islahat təklifləri paketi təqdim edilib. Mən məsələ ilə dərindən maraqlanmağı xahiş edirəm. Bu məsələnin komitələrdə müzakirə olunmasının təmin edilməsini xahiş edirəm. Onun müzakirəsi bu günümüz üçün çox vacib məsələlərdən ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB