"Səfər Azərbaycanın Aİ üçün önəm daşıdığından xəbər verir" AÇIQLAMA-ÖZƏL
"Avropa İttifaqı ilə Azərbaycan əlaqələri inkişaf edir. Bu baxımdan Aİ Şurasının Prezidenti Donald Tusk ölkəmizə səfərə gəlməsi Avropa İttifaqı üçün ölkəmizin önəmini bir daha nümayiş etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xatırladan deputat söyləyib ki, ölkəmizin Avropa İttifaqına üzv olan bir çox dövlətlərlə strateji münasibətləri, qarşılıqlı maraqlara söykənən əlaqələri var.
A.Mollazadə bildirib ki, Azərbaycanın yaratdığı nəqliyyat dəhlizi ticari əlaqələrin inkişaf etdirilməsi baxımından Avropa İttifaqı ölkələri üçün də mühüm amildir: Ticari, siyasi, iqtisadi, humanitar əlaqələrlə bərabər, Avropa İttifaqı üçün Azərbaycanı cəlb edici edən ölkəmizin dəyərləri, multikulturalizm, tolerantlıq ənənələri, zəngin mədəniyyətidir. Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcısı olan insanların sabitlik, əmin-amanlıq içində yaşadığı böyük ailədir”.
Deputat qeyd edib ki, hazırda Avropada yaşanan hadisələr fonunda Azərbaycanın qeyd edilən istiqamətdə zəngin tarixi təcrübəsi, ənənəsi, həyat tərzi avropalılar üçün maraq kəsb edir: Bununla yanaşı, Donald Tuskun Bakı səfəri Avropa İttifaqının Azərbaycana verdiyi əhəmiyyətin, dəyərin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə marağın növbəti dəfə təsdiqidir”.
A.Mollazadə əlavə edib ki, Donald Tusk yaxın aylarda vəzifəsindən gedəcək: “Onun Azərbaycana səfərinin digər məqsədi həm də vidalaşmaqdır”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB