“Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi”

“Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi”

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən "Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi" adlı məqalələr toplusu çap olunub.

SİA-nın xəbərinə görə, "Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilmiş toplunun tərtibçisi AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq elmləri namizədi Aytən Mustafayeva, məsləhətçiləri akademik Ziyad Səmədzadə və fizika-riyaziyyat elmləri doktoru, professor R.İ.Xəlilovdur.

Azərbaycan və rus dillərində məqalələrin daxil edildiyi topluda milli genofondumuz, genetik modifikasiya olunmuş (GMO) orqanizmlərin və onların məhsullarının təhlükəliliyi, GMO orqanizmlərin biomüxtəlifliyə təsiri, GMO orqanizmlərin məhsulları, alınması, təyini metodları və Azərbaycana idxalının tənzimlənməsi, GMO məhsullarının mənşəyinin yoxlanılması, respublikamıza idaxalının qarşısının alınması və s. məsələlər araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə