Ramiz Həsənov: “Halal” əmtəə nişanıdır və bu gün belə bir standart yoxdur”

Ramiz Həsənov: “Halal” əmtəə nişanıdır və bu gün belə bir standart yoxdur”

"Halal" əmtəə nişanıdır və bu gün "Halal" standartı yoxdur". SİA-nın məlumatına görə, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Müsəlman ölkələri belə bir standartın yaradılması üzərində işləsələr də hələ ki, yekun nəticəyə gələ bilmədiklərini deyən komitə sədri qeyd edib ki, "Halal" standartı yoxdursa, məhsulun üzərində belə bir standarta uyğun istehsal edilməsi barədə qeydin qoyulması doğru deyil: "Kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır. Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. Həmçinin bunun qarşısını ala bilmirik. Deyirlər ki, "Halal" sözündən bir əmtəə nişanı olaraq istifadə edirik. Müsəlman ölkələrində belə bir standartın hazırlanması üçün işlər görülür".

Komitə sədri "Halal" əmtəə nişanı olan kolbasa və sosislərı reklam edən televiziya kanallarını da tənqid edib: "Halal" standartının olmadığından danışırıqsa, niyə televiziya kanalları bu ad altında istehsal olunan kolbasa və sosislərı reklam edirlər. Bununla da onlar reklam haqqında qanunu pozurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə