Şəmkirdə gigiyenik tələblərə cavab verməyən müəssisələrin fəaliyyəti dayandırılıb
Şəmkir rayonunda Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşları tərəfindən gigiyenik norma və standartlara cavab verməyən 2 ticarət müəssisəsinin fəaliyyəti dayandırılıb, 10 adda ərzaq məhsulunun satışına isə ümumiyyətlə qadağa qoyulub. Bu barədə SİA-nın bölgə müxbirinə Şəmkir rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, bir il ərzində 20 adda məhsula gigiyenik sertifikat alınıb. Aparılan tədbirlər nəticəsində epidemioloji qaydaları pozduqlarına görə 60, ətraf mühiti çirkləndirdiklərinə görə isə 12 nəfər cərimə edilib. Ümumiyyətlə, Şəmkir rayon Gigiyena və Epidemiologiya Şöbəsinin həkimləri tərəfindən ticarət, təhsil, səhiyyə sahələrində çalışan 4 mindən artıq şəxs ilkin və dövrü tibbi müayinəyə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB