Qənimət Zahid “Zəfər Tağı”nın altında “Üç Palma” açır? TƏRS BAXIŞ + FOTO
Xocalı soyqırımı günü eyş-işrətlə kef çəkən bu gədadan hər şeyi gözləmək olar
Sirr deyil ki, hazırda xarici ölkələrdə internet televiziyası, yaxud sosial şəbəkələrdə canlı yayım səhifələri açan şəxslər var və onların əsas vəzifələri Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən bir sıra ermənipərəst təşkilatların sifarişlərini pul-para, daha dəqiq desək qrantlar vasitəsi ilə yerinə yetirməkdir. Misal üçün, Sevinc Osmanqızı, Qurban Məmmədov, Qənimət Zahid və s.
Qənimət Zahid pulları haradan, kimlərdən, necə, hansı üsullarla qoparır?
Lakin sözügedən məsələnin daha bir maraqlı məqamı budur ki, adları çəkilənlər Azərbaycanda özlərini “müxalifət liderləri” kimi təqdim edənlərlə virtual şəbəkə bağlılığı yaradıblar. Məsələn, S.Osmanqızı ABŞ-dan, Q.Zahid Fransadan canlı yayımlara qatılırsa, onların ənənəvi qonaqları ya AXCP sədri Əli Kərimli, ya “Milli Şura”nın sədri Cəmil Həsənli, ya da başqalarıdırlar. Ortaya qoyulan “sual –cavablar”, yaxud efir planı isə öncədən bəlli olur – bacardıqca Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı radikal çıxışlar edib “likelər” (bəyənmələr-R.R.) qazanmaq, şərhlər əldə etmək və sonradan onları öz ağalarına göstərib qrantlar qazanmaq. Həmin qrantlar isə əlbət ki, həm “qonaqlarla”, həm də özləri aralarında bölüşdürülür. Düzdür, verilən pul-paralar qeyri-rəsmi olsa da, fakt budur ki, əgər ödənişlər olmasa nə internet televiziyalar, nə də canlı yayımlar fəaliyyət göstərməz. Bu zaman sual yaranır – məsələn, Q.Zahid pulları haradan, kimlərdən, necə, hansı üsullarla qoparır..?
Qənimət Zahid 2007-ci ildə hansı qadına sataşıb?
Axı bilinən qədər Q.Zahid bar-bar bağıraraq “ədalətdən”, “düzgünlükdən” dəm vurur, özünü “aydan-arı, sudan duru” göstərib, guya heç vaxt kimdəsən pul almadığını, şantajlar etmədiyini deyir. Bəs bu həqiqətdirmi? Əlbəttə ki, əsla! Bu gün Q.Zahidi tanıyanlar yaxşı bilirlər ki, o hansı “yuvanın quşudur” və hazırkı dövrə qədər nə qədər xəyanətlər edib, həyatını ölçüyəsığmaz qədər tərbiyəsiz işlərə həsr edib, şantajçılıq, sabotajçılıqla məşğul olub.
Yeri gəlmişkən, bu həmin Q.Zahiddir ki, vaxtilə “Azadlıq” qəzetinə baş redaktorluq edərkən orta ranqlı məmurlardan, iş adamlarından pul alıb və həmin pulları eyş-işrət məclislərinə xərcləyib. Hətta 2007-ci ildə Sevgiladə Quliyeva adlı qadına “Azərbaycan” Nəşriyyatının qarşısında sataşdığına və döydüyünə görə məsuliyyətə cəlb olunan və “Üç Palma” restoranında Xocalı faciəsinin ildönümü günü “Azadlıq” qəzetinin əməkdaşı olmuş Azər Əhmədovla (öz baldızının qızı ilə intim görüntüləri yayılan-R.R.) birgə Özbəkistandan olan fahişələrlə min-bir oyundan çıxan da məhz Q.Zahiddir!
Fransada kiminsə ağuşuna sığınıb, yenidən Azərbaycana əl uzatmaq sevdasını canla-başla həyata keçirir, nökərçilik göstərir
Maraqlısı da budur ki, Q. Zahid bu günlərdə erməni pullu dayılarının vəsaitləri ilə yaratdığı canlı yayımları ilə yenidən “qucaqlardadır.” Yəni bir vaxtlar sədası “Üç Palma”dan gələn Qənimət bu gün Fransada kiminsə ağuşuna sığınıb, yenidən Azərbaycana əl uzatmaq sevdasını canla-başla həyata keçirir, nökərçilik göstərir. Özünü Fransadakı erməni lobbisinin qucağına təslim edən Q.Zahidin özünü qoyaq bir kənara və yenə də sual edək - bu gün o ailəsi ilə (!) bahalı Fransada yaşayır, övladlarını pullu məktəblərdə oxutdurur, mülk alır, digər xarici ölkələrə səfərlər edir, bəs hansı vəsaitlərlə? Əgər üstəgəl verliş yaratması, proqramçı, müxbir saxlamasını da buraya əlavə edərsək, Q.Zahidin bir aylıq demirik, bir günlük qazancı nə qədərdir? Bəlkə Q.Zahid indi də Parisin “Zəfər Tağı” deyilən tarixi abidəsi altında “Üç Palma” restoranı açıb və yerdə qalan qazancını da oradan çıxarıb-əldə edir? Əslinə qalanda bu gədadan hər hansı rəzilliyi, alçaqlığı gözləmək olar. Ona görə də zarafat-zarafat bu gədanın paxırları üzə çıxmağa başlayır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB