"Leyla Əliyevanın fəaliyyəti müxtəlif sahələri əhatə edir" ÖZƏL-MÜNASİBƏT
"Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın çoxsahəli, yorulmaz fəaliyyəti artıq Azərbaycanın ictimai-siyasi həyatında öz yerini tutub. Xeyirxahlıq, qayğıkeşlik, məqsədyönlülük Leyla Əliyevanın ictimai-siyasi fəaliyyətini xarakterizə edən əsas amillərdəndir. O özündə Azərbaycan gəncliyinin ən yaxşı keyfiyyətlərini birləşdirir. O ölkəmizin gələcəyi üçün fəaliyyətinin bütün istiqamətlərində yorulmadan çalışır və qarşıya qoyduğu hədəflərə çatır". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
Deputatın sözlərinə görə, Leyla xanımın fəaliyyəti çox müxtəlif sahələri əhatə edir: "O Heydər Əliyev Fondunun vitse-prezidenti, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, “Bakı “ jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü və ona həvalə edilmiş digər vəzifələri uğurla həyata keçirir. Leyla xanımın geniş fəaliyyəti Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində müsbət dəyişikliklərin əldə olunmasına, insanların mövcud problemlərinin həllində köməklik göstərir. Leyla xanımın fəaliyyətinin əsas istiqamətlərindən biri ölkəmizdə valideyn himayəsindən məhrum uşaqlara, sağlamlıq imkanı məhdud, əlil uşaqlara daima diqqət və qayğının göstərilməsi ilə bağlıdır.
Leyla xanımın gördüyü hər bir iş, onun rəhbərliyi ilə həyata keçirilən hər bir layihə Azərbaycanın inkişafı naminə yerinə yetirilir. Onun beynəlxalq miqyasda həyata keçirdiyi layihələr Azərbaycanın dünyada daha yaxından tanıdılmasında, o cümlədən Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır. O Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rəhbərliyi ilə son illərdə ölkəmizdə əldə olunan uğurlara öz töhfəsini verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın enerjisi, yüksək bacaracağı tam əminliklə deməyə əsas verir ki, bundan sonra da onun rəhbərliyi yeni-yeni layihələr, təşəbbüslər və tədbirlər uğurla həyata keçiriləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB