"İnanırıq ki, digər abidələrimiz də beynəlxalq təşkilatın siyahısına daxil ediləcək" AÇIQLAMA-ÖZƏL
“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması sevindirici hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Azərbaycanda belə abidələrin çox olduğunu deyən deputat söyləyib ki, Azərbaycan-YUNESKO əməkdaşlığı çərçivəsində son illər ölkəmizin mədəni irsi abidələri təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilib.
O bildirib ki, qəbul olunan qərarda Prezident İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir: “Həyata keçirilən işlər nəticəsində Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri artıq təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunacaq”.
Deputat qeyd edib ki, Azərbaycanın tarixi abidəsinin beynəlxalq təşkilatın siyahısına salınması ölkə turizminin inkişafına müsbət təsirini göstərəcək: “İnanırıq ki, Azərbaycanla-YUNESKO arasında əməkdaşlıq bundan sonra digər tarixi abidələrimizin də sözügedən siyahıya daxil edilməsinə imkanlar yaradacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB