Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 14 məsələ daxil edilib. Belə ki, bugünki iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək, Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin və Özbəkistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında, "18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında "Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2011-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.
İclasda həmçinin Azərbaycan Respublikası Gömrük Məcəlləsi layihəsi müzakirə olunacaq, "Dövlət rüsumu haqqında" qanununa əlavə, "Auditor xidməti haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB