Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Azərbaycan Respublikası Vergi xidməti işçilərinin peşə bayramı günü
- İspaniyada Birinci Respublika bərqərar olub (1873)
- Xalq artisti Rəmziyyə Veysəlova anadan olub (1914)
- Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib (1920)
- Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb (1920)
- Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb (1921)
- Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb (1935)
- Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib (1943)
Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb (1945)
- SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib (1953)
- Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb (1959)
- Amerikalı aktrisa Cennifer Eniston anadan olub (1969)
- İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb (1979)
- Aktyor Möhsün Sənaninin xatirə günü (1981)
- Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib (1984)
- Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib (1990)
- Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurub (1992)
- Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurub (2000)
- Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər (2005)
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb (2006)
- Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə