Zibil aksiyaçıları Ermənistanı silkələdi

Zibil aksiyaçıları Ermənistanı silkələdi

İrəvan bələdiyyəsi binası qarşısında aksiya keçirənlərdən 7 nəfəri saxlanılıb. SİA Ermənistana məxsus aysor.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, “Zibili İrəvan bələdiyyəsinə təhvil veririk” şuarı altında keçirilən aksiya iştirakçılarından 8 nəfəri Kentron polis bölməsinə aparılıb.

Məlumatda qeyd olunur ki, polisin məlumatına görə materiallar toplanılır və hazırlanır.

Xatırladaq ki, vətəndaş qrupları bu gün səhər saatlarından İrəvan bələdiyyəsi qarşısında etiraz aksiyasına başlayıb. Aksiya iştirakçıları özləri ilə zibil paketləri götürüb paytaxt bələdiyyəsi qarşısına yığışıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə