Yaxın vaxtlarda zibil konteynerləri Yerevana çatdırılacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu bələdiyyə sədrinin mətbuat katibi etiraz aksiyasına reaksiya verərkən deyib. O, etirazçıları sakitləşdirmək üçün problemin yaxın zamanda həll ediləcəyini də deyib.
Məlumatda qeyd olunur ki, İrıvan bələdiyyəsinin mətbuat katibi İrəvan bələdiyyəsinin binası qarğısında etiraz aksiyası keçirən və binaya zibil atan aksiyaçıları sakitləşdirməyə çalışıb.
Qeyd edilir ki, “Erkir Sirani” partiyasının keçmiş üzv Sona Aqekyan hardansa gətirilmiş zibili düz bələdiyyə binasının əsas girişinə töküb. Aksiyaçıları sakitləşdirmək məqsədilə tezliklə yeni zibil konteynerilərinin, zibildaşıyan maşınların gətiriləcəyi barədə onlara vədlər verilib.
“Yaranmış xoşagəlməz vəziyyət artıq bir ildir ki, hökm sürür və səbəbləri müxtəlifdir. Bununla yanaşı vətəndaşlardan yaranan bu narahatçılığa görə bir daha üzr istəyirəm və xahiş edirəm səbrli olsunlar. Zibil problemi yaxında həll olunacaq”, deyə İrıvan bələdiyyəsinin mətbuat katibi öz facebook səhifəsində yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB