Əhməd Davudoğlu Hillari Klintonla Misirdəkı son vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ dövlət katibi Hillari Klintona zəng edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İraq parlamentinin spikeri Üsamə əl-Nəceyfi ilə ötən axşam ziyafətdə görüşən Əhməd Davudoğlu deyib.
Məlumata görə, diplomatlar regional məsələlər üzərində fikir mübadiləsi aparıb, yarım saat davam edən danışıqda tərəflər Misir, Tunis və İraqdakı son vəziyyəti müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB