Prezident İlham Əliyev bütün İran xalqını və prezident Mahmud Əhmədinejadı İslam inqilabı günü münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Hörmətli cənab prezident, İran İslam Respublikasının milli bayramı – İslam inqilabı günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə İran arasındakı dostluq, mehriban qonşuluq və hərtərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB