İstanbulda “EMİTT 2011” XV Şərqi Aralıq dənizi Beynəlxalq turizm və səyahət sərgisi açılıb

İstanbulda “EMİTT 2011” XV Şərqi Aralıq dənizi Beynəlxalq turizm və səyahət sərgisi açılıb

Azərbaycan İstanbulda keçirilən XV Şərqi Aralıq dənizi Beynəlxalq turizm və səyahət sərgisində təmsil olunur.

SİA-nın məlumatına görə, sərgidə 60 ölkənin turizm şirkətləri, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, "Bakı tur", "Days Hotel Baku", "Millenium Tourism and Congress DMC" şirkətləri iştirak edirlər.

Sərginin keçirildiyi salonda Azərbaycan stendi də təşkil olunub. Stenddə ölkəmizin son illərdə turizm sektorunda əldə etdiyi nailiyyətlər, gözəl təbiəti və dilbər guşələri nümayiş etdirilir.

Açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bildirib ki, xalqlar arasında sülhün və əməkdaşlığın möhkəmləndirilməsində turizm böyük əhəmiyyətə malikdir. Dünya maliyyə böhranına baxmayaraq, 2010-cu ildə Türkiyəyə 28,5 milyon turist gəlib.

Sərgi fevralın 15-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə