Ərdoğanla Putin Liviya böhranını müzakirə ediblər

Ərdoğanla Putin Liviya böhranını müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın verdiyi məlumata görə, bu barədə "Anadolu" agentliyi xəbər verib. Həmsöhbətlər Liviyadakı böhranı, eləcə də Türkiyə və Rusiya münasibətlərini müzakirə edib.

Ərdoğan, həmçinin, Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğın nəticəsində dünyasını dəyişən dəniziçilərin ailələrinə, eləcə də bütün rus xalqına başsağlığını çatdırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə