Prezident İlham Əliyev Samuxda meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev fevralın 9-da Samuxda "NAA aqrotara" MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan müəssisəni işə saldı, istehsal prosesini izlədi.
Müəssisədə sutkada 12 ton meyvə və tərəvəz, o cümlədən göyərti qurutmaq mümkündür. Burada 150 nəfər daimi, 60 nəfər isə mövsümi işçi çalışacaqdır. Müəssisə yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq Quba rayonundan 800 ton alma tədarük edilib. Qurudulmuş məhsullar yüksək keyfiyyəti, təbii olması ilə seçilir. Hələlik burada alma qurudulur və standartlara uyğun olaraq paketlərdə qablaşdırılır. 25 min ton tutumu olan soyuducu anbarlarda müasir avadanlıq quraşdırılıb. Müəssisədə sanitariya qaydaları da tam beynəlxalq standartlara uyğundur.
Prezident İlham Əliyev yeni müəssisənin kollektivinə uğurlar arzuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB