"Vitse-prezident Trampa ciddi rəqibdir” ÖZƏL-MÜNASİBƏT

"Vitse-prezident Trampa ciddi rəqibdir” ÖZƏL-MÜNASİBƏT

“Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti Co Bayden 2020-ci ildə bu ölkədə keçiriləcək prezident seçkilərinə demokratlardan namizəd olacaq. Artıq kampaniyaya başlayıb, deyim ki, Trampa ciddi rəqibdir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib

Onun sözlərinə görə, o indidən Trampın xarici siyasətini sərt tənqid edir: “O, Trampın xarici siyasətdə buraxdığı nöqsanların əsasını NATO-nun zəiflədilməsi və qarşıdakı 20 il ərzində ABŞ-ın dünyada terrorla mubarizədə müttəfiqsiz qala biləcəyini qeyd edib. Co Bayden Trampın Rusiya, Çin, Koreya siyasətini sərt tənqid edib.

Xarici siyasətdə respublikaçılarla müqayisədə demokratlar daha yumşaq davranıblar, İranla daha çox dialoqa üstünlük veriblər, amma eyni zamanda Rusiya ilə sərt ritorikanı gündəlikdə saxlayıblar. Trampın isə Rusiya ilə gözlənildiyindən daha yumuşaq davranması deyəsən gələn il keçiriləcək prezident seçkilərində onun əleyhinə işləyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə