Sarkisyan hamını ayağa qaldırdı

Sarkisyan hamını ayağa qaldırdı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan hamını ayağa qaldırıb və artıq marşrut da bəllidir. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Respublikaçılar Partiyası hamını ayağa qaldırıb.

Məlumatda deyilir ki, Respublikaçılar Partiyası və sabiq prezident Sarkisyan yenidənqurma sxemi tətbiq edib və partiya üzvlərini tarixi abidələrin ziyartinə aparmaq qərarına gəlib. Bir neçə həftə əvvəl Sarkisyan Respublika Partiyasını Garegin Njdenin türbəsinə aparıb. İndi də Arshakuni padşahlarının məqbərəsinə gedir.
Serj Sarkisyan başqa bir çarəsinin olmadığı çox yaxşı bildiyi də məlumatda öz əksini tapır. Qeyd olunur ki, sabiq prezident inqlabın yetişməsinə özü şərait yaratdığını da yaxşı bilir. Eyni zamanda məlumatda o da vurğulanır ki, Sarkisyan hələ 2016-cı ilin aprel döyüşlərindən sonra dərhal bütün bunları anlamışdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə