Qazın qiymətinə görə üzülən erməni ümidləri

Qazın qiymətinə görə üzülən erməni ümidləri

Rusiya qazının tarifləri ətrafında danışıqlar bir neçə mərhələdə aparılır. SİA Erməsistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə Ermənistan hökumətinin iclasından sonra Ermənistanın İctimai Xidmət Tənzimləmə Komissiyasının sədri Gareqin Baqramyan deyib.

"Daxili bazarda formalaşan tariflər ətrafında danışıqların Rusiya Federasiyasının prezidentinin Ermənistana səfərinə heç bir aidiyyəti yoxdur", deyə Baqramyan bildirib.

"Hal-hazırda nə olacağını deyə bilmərəm. Əlbəttə ki, hər bir tərəf iqtisadi cəhətdən ən faydalı nəticə əldə etmək üçün danışıqlar aparır. Təbii ki, tarifi azaltmaq üçün danışıqlar aparırıq. Ancaq son danışıqlar hələ tamamlanmayıb. Qiymətin azaldılması haqqında indi bir şey deyə bilmərəm. Danışıqların başa çatmasından asılı olacaq ", deyə Komissiyasının sədri fikrini yekunlaşdırıb.

Qaregin Baqramyanın sözlərinə görə, müəyyən xərclərin, itkilərin azaldılması da nəzərdə tutulur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə