Ermənistanda aksiyalar bitmək bilmir

Ermənistanda aksiyalar bitmək bilmir

Ermənistanın sabiq prezidentinin tərəfdarları hökumət qarşısında etiraz aksiyası keçiriblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hökumət binasının qarşısında ikinci Ermənistan prezidenti Robert Koçaryanın həbsinə qarşı etiraz aksiyası keçirilib.

Məlumatda deyilir ki, iştirakçılar Koçaryan əleyhinə iddia qaldırıldığını bildirirlər. Hökumət binası polislə əhatə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə