Litvalı iş adamları Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub
Litva Respublikası Seyminin sədri xanım İrena Dyaqutenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən müəssisələrdə olub. SİA-nın məlumatına görə, qonaqlar Sumqayıt Texnoparkının fəaliyyəti, elektroenergetika sənayesi üçün məhsullar hazırlayan zavodlar, sexlər və istehsal xətləri ilə tanış edilib.
Litvalı iş adamlarına məlumat verilib ki, texnopark Azərbaycan sənayesində yeni infrastruktur layihələr həyata keçirən nəhəng istehsal müəssisəsidir. Hazırda texnoparkda 9 zavod fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 1 zavodun - Dəqiq emal mərkəzləri zavodunun istifadəyə verilməsi nəzərdə tutulur. 8 zavodun inşası isə davam edir. Hazırda müəssisədə 1000-ə qədər işçi çalışır. Bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 3000-ə çatdırılacaq. Texnoparkda ən müasir texnologiyalar əsasında ixrac yönümlü və maşınqayırma məhsulları istehsal olunur. 30 zavod və sexdən ibarət olacaq bu parkda müxtəlif çeşidli məhsulların - kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s. istehsalı genişləndiriləcəkdir.
Qonaqlar Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişafdan, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB