Qorxuya düşən ermənilərin Fransadan asılı ümidləri

Qorxuya düşən ermənilərin Fransadan asılı ümidləri

Ermənistan Fransanın Azərbaycana silah göndəməyəcəyinə ümidlərini itirməyib. SİA-nın məlumatına görə bu sözləri Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan bu günkü brifinqdə Azərbaycanın Fransadan silah almaq niyyəti barədə informasiyalara açıqlama verərkən deyib və onun açıqlaması Ermənistana məxsus aysor.am saytında yayımlanıb.

“Hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan-Fransa münasibətləri daim bizim diqqət mərkəzimizdə olub. Fransanın Azərbaycanla hərbi-texniki əməkdaşlıqdan çəkinməsi Ermənistan üçün çox vacibdir. Bu əməkdaşlıq hərbi balansın, sülh və stabilliyin pozulması deməkdir”, -deyə Anna Nağdalyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə