Taron Marqaryan İrevanda yaşayıb, yaşayır və yaşayacaq. SİA Ermənistana məxsus aysor.am satyında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri İrəvanın sabiq bələdiyyə başçısı Taron Margaryanın keçmiş mətbuat katibi Artur Gevorkyan, Facebook səhifəsində Marqaryanın Rusiyaya köçürülmüş olduğu məlumatlarına münasibət bildirərkən yazıb.
“Yalan məlumatları özündən uyduran və yayanlardan fərqli olaraq, Taron Margaryan kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, İrəvanda yaşayıb, yaşayır və yaşayacaq. Özünüzün arzuladıqlarınızı reallıq kimi təqdim etmək istiqamətində uğursuz cəhdlərinizi, uydurma və yalanlarınızı yığışdırın”, deyə Artur Gevorkyan bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB