Rus səfir ermənilərin cavabını verdi YAXŞI ELƏMİŞƏM

Rus səfir ermənilərin cavabını verdi YAXŞI ELƏMİŞƏM

“Mən Rusiya tərəfindən deyilən fikirlərlə razıyam və Ermənistan respublikasının ikinci prezidenti ilə görüşməyimlə pis hərəkət etməmişəm”. SİA xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin armlur.am saytına Robert Koçaryanla görüşünü şərh edərkən deyib.

Ermənistanın hakim dairələrinin narazılığının və etirazının əsassız olduğunu bildirən rus səfir deyib: “Ermənistanda bunu yaxşı qəbul etmədilər, Rusiyada isə hesab edirlər ki, burada pis heç nə yoxdur”.

Kopırkin əlavə edib ki, onun nəzərincə səfirin vəzifəsidir ki, siyasi, ictimai və dövlət xadimləri ilə görüşsün. Robert Koçaryanın cinayət işi üzrə ittiham olunması məsələsinə gəlincə, səfir deyib ki, o artıq bu məsələni şərh edib və yenidən həmin mövzuya qayıtmaq fikri yoxdur.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkənin ikinci prezidenti Robert Koçaryanla iyunun 13-də görüşüb və həmin görüş Rusiya səfirliyinin rəsmi saytında işıqlandırılıb. Ermənistanın mövcud Nikol Paşinyan hökuməti isə həmin görüşü pisləyən bəyanatlarla çıxış edib, Rusiya tərəfini ittiham ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə