Əli Əhmədov: "Sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir"

Əli Əhmədov: "Sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir"

"Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib.

Ə.Əhmədov bildirib ki, digər sahələrdə əldə edilən nəticələr dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılır: “Bu gün iqtisadi, sosial inkişaf dərəcələri DİM-lərdən irəli gələn vəzifələrə uyğunlaşdırılıb. Biz növbəti illərdə də naliyyətləri bu vəzifələrə uyğunlaşdıracağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə