Sevinc Seyidova: ""Söyüş kampaniyası"nın üzvlərinin bir-birlərinə qarşı ittihamlar səsləndirməsi gözləniləndir ” RƏY-ÖZƏL

Sevinc Seyidova: ""Söyüş kampaniyası"nın üzvlərinin bir-birlərinə qarşı ittihamlar səsləndirməsi gözləniləndir ” RƏY-ÖZƏL

“Azərbaycanda bütün sahələr üzrə son bir ildə həyata keçirilən dərin islahatlar ölkəmizin demokratik, iqtisadi və sosial sahədə inkişafına yeni təkan verib”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, istər məhkəmə-hüquq sahəsində, istərsə də vətəndaşların sosial rifah halının yüksəldilməsi üzrə atılan addımlar Azərbaycana qarşı beynəlxalq səviyyədə əsassız ittihamların çərçivəsini də daraldıb: “Azərbaycanı hansısa məsələ ilə bağlı yersiz tənqid hədəfinə çevirmək istəyən xaricdəki qüvvələrin əlində heç bir tutarlı bəhanə qalmayıb. Belə olan halda isə, məhz həmin qüvvələrin maliyyə dəstəyi ilə öz ölkəsinə qarşı çirkin oyun aparan bəzi "soydaşlarımız" ciddi narahatlıq hissi keçirirlər. Çünki, ölkəmizin sürətli inkişafı, beynəlxalq nüfuzunun artması bu şəxslərin ictimai fikrə onsuz da mimum təsir imkanlarını sıfıra endirmiş olur. Belə olan halda isə bu kateqoriyadan insanlara maliyyə dəstəyi verən donorları onların pullarını kəsmək və ya tamamilə azaltmaqla hədələyirlər. "Gəlir qaynağı"nın zəifləməsi fonunda xaricdəki "söyüş kampaniyası"nın üzvlərinin bir-birlərinə qarşı ittihamlar səsləndirməsi, bu qarşıdurmanın açıq müstəviyə keçməsi tamamilə normal qarşılanmalıdır. Onlardan hər biri bu vəsaitin məhz özünə yönəldilməsinə çalışır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə