Anar Xəlilov: ““Söyüş qrupu”nun üzvləri əxlaqsız, etik qaydalara sığmayan ifadələr işlədirlər” RƏY-ÖZƏL
“Söyüş kampaniyasında iştirak edən adamlar ümumiyyətlə, müasir, sivil siyasi mübarizə metodlarından tam uzaq insanlardır”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, bunlar sadəcə olaraq, küçə metodlarından istifadə edilər və əxlaqsız etik qaydalara sığmayan ifadələr işlədirlər: “Bəzi “söyüş qrupu”nun üzvlərini birləşdirən anti-Azərbaycan qüvvələrindən aldıqları maliyyə vəsaitidir. Bu şəxslər maliyyədən istifadə etməklə söyüş kampaniyasını qurur və sosial şəbəkələrdə bunu yaymaqla məşğul olurlar. Sözügedən şəxslərin anormal hərəkətləri hər kəs tərəfindən pislənir. Özünə hörmət edən Azərbaycan vətəndaşı bu cür insanların arxasınca getmir və onları saymırlar. Fakt budur ki, “söyüş qrupu”nun üzvlərinin sosial şəbəkələrdə apardıqları böhtan kampaniyanı hər kəs pisləyir. Onların biri-birini tənqid etməsi və bir-birindən üz çevrilməsi, ittihamlar irəli sürməsi artıq tendensiya halı alıb. Yəni onlar arasında baş verən bu hadisə birinci dəfə deyil. Xaricidəki “söyüş qrupu”nun üzvləri öz aralarında maliyyəni bölüşdürə bilmədikdə bu cür metodlara əl atırlar və bir-birlərini təhqir etməyə başlayırlar. Digər tərəfdən də “söyüş qrupu”nun üzvlərinin hər biri özlərini digərindən ağıllı hesab edir və düşünür ki, digər şəxs bunun dediyinə tabe olmalıdır. Belə olan halda da onlar arasında dava-dalaşlar başlayır. Bir sözlə, bunlar arasında bu cür dava-dalaşlar hələ çox baş verəcəkdir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB