Parçalanmaqda olan Ermənistan

Bir sıra icma liderlərinin Ovik Abrahamyana və onun yaxınlarına qanunsuz şəkildə torpaq sahələri satdığı üzə çıxıb. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Bu günlərdə məlumat yayılıb ki, Ovik Abrahamyanın qardaşı cəmi 20 min drama Ermənistanda bir su anbarını icarəyə götürüb. Məlumatda o da qeyd olunur ki, bu yayılan məlumatlar artıq heç kimi təəccübləndirmir. Hətta, əvvəlki prezidentlərin, qardaşlarının və oğullarının bank hesablarında onlarla milyon dollar vəsaitin olmağı da heç kimdə təəccüb doğurmur. Ermənistanın ictimai və dövlət resurları ilə necə davranıldığı da heç kimi təəccübləndirmir.
Təəccüblü odur ki, bütün bunların müəllifi həm də o adamlardır ki, bu olanlar onların gözləri qabağında baş verib və onlar bu yolla olanları sanki legitimləşdiriblər. Bu günə qədər ört-basdır edənlər indi vətənpərvərlikdən, dövlətçilikdən, təhlükəsizlikdən dəm vurur və nəticədə kimlərinsə illər ərzində vəsaitləri şişir, əldə etdikləri torpaq sahələri, mülkləri, çox cüzi məbləğdə əldə etdikləri obyektləri artır. Məlumatda o da qeyd olunur ki, Ermənistanın belə bu şəkildə parçalanması ölkənin aprel müharibəsi kimi nəticələrlə barışmasına, həmçinin acınacaqlı duruma sürükləyir.
Ovik Abrahamyan və onu müşaiyət edən deputatlar şən və qayğısız şəkildə sərhəddə şəkil şəkdirmək üçün yollanan zaman, evə qayıdan əsgərlər ailəni necə dolandırmaq, kreditləri necə ödəmək barədə qayğılanırlar. Bu vəzyyətin, bu çarəsizliyin fonunda Ovik Abrahamyan və onunkimiləri daha hansı torpaqları, mülkləri, sahələri çox üçüz qiymətə ələ keçirmək, daha da varlanmaq barədə düşünürlər.
Məlumatda qeyd olunur ki, aprel döyüşlərində aydın oldu ki, siyasi hakimiyyətin özünü xoşbəxt hiss etməsi üçün hər şeyi var, amma ön cəbhədə dayanan əsgərin isə minimum ehtiyacları ödəməsi üçün, özünü müdafiə olunan hiss etməsi üçün şansı belə yoxdur. Lakin bu şanssız əsgərə ölümü bahasına sərhəddi qorumaq tapşırılıb. Elə buna görə də hər gün həmin adamlar varlanmaqdadırsa, Ermənistan hətta mənəvi cəhətdən belə düşməkdə davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə