ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradke (ABŞ) bu gün regiona səfərləri çərçivəsində Bakıya gələcəklər. SİA-nın xəbərinə görə, əvvəlcə İrəvana səfər edən həmsədrlər Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin hazırkı mərhələsinə dair məsələləri müzakirə ediblər.
Həmsədrlərin Azərbaycanda hökumət nümayəndələri ilə görüşləri planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB