Ermənistan vətəndaş qarşıdurmasına doğru sürükənir ANALIZ

Ermənistan vətəndaş qarşıdurmasına doğru sürükənir ANALIZ

Eduard Şarmazanov: “Nikol Paşinyan şou göstərir”

Ermənistanın baş naziri Nikol Paşinyanın vədinə əməl etməyən, sözünü tutmayan və yalançı olması barədə erməni ictimaiyyəti daxilindəki söhbətlər artmağa davam edir. Artıq daha əvvəllər tənqidlər yüngül olsa da, artıq onlar hədəfli və daha sərt görünürlər. Xüsusilə, Paşinyanın devirdiyi Serj Sarkisyan iqtidarının təmsilçiləri erməni baş nazirinə qarşı kəskin hücuma keçiblər. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda ən ağır ittihamlarla yadda qalan ifadələr artıq gündəlik məsələyə çevrilib.

Sevgi və barışıq yerinə nifrət təbliğatını apardı

“Hələ deputat olarkən, Paşinyan bir dəfə bəyan etmişdi ki, xəyanətin təməlində yalan yatır və insan bu yalanı ifadə edərkən, başqa birisini deyil, məhz özü-özünə xəyanət edir”, SİA xəbər verir ki, bu barədə Ermənistanın Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb.

O, xüsusilə bildirib:

“Necə deyərlər, özü ifadə edib…

-Paşinyan deyirdi ki, vendetta olmayacaq, ancaq o var;

-Paşinyan həmrəylik söz vermişdi, ancaq cəmiyyəti “qaralara” və “ağlara” böldü;

-Sevgi və barışıq yerinə nifrət təbliğatını apardı;

-Pensiya sisteminə müdaxilə edənlərlə mübarizə aparırdı, indi isə susur;

-“Qırmızı xətt”ə qarşı çıxış edirdi, bu gün də həmin xətlər var;

-Videokameralara qarşı çıxış edirdi, bu gün də onlar var;

-İnvestisiyalar olmalıydı, ancaq yoxdur;

-Bütün sahələrdə inkişaf olmalıydı – yalan çıxdı;

-Avropa İttifaqı ilə razılaşmanı inkar edirdi, indi isə tərifləyir;

-Avrasiya İqtisadi Birliyinə və KTMT-yə qarşı çıxırdı, bu gün isə əksinədir.

İttiham və tənqidlərin sayı artdıqca, Nikol Paşinyan iqtidarı daha da aqressivləşir

Şarmazanov Paşinyanın əleyhinə yazısının sonunda P.S. qoyub və qeyd edib: “Xarici agentrlər barəsində bəyanat isə növbəti uğursuz şou oldu”.

Beləliklə, ittiham və tənqidlərin sayı artdıqca, Nikol Paşinyan iqtidarı daha da aqressivləşir. Buna misal olaraq, Ermənistanın müxtəlif bölgələrində yaranan etiraz dalğalarını və s. olayları göstərmək mümkündür. Bu, həm də onu göstərir ki, artıq Ermənistan yavaş-yavaş növbəti inqilaba, hətta “məxməri” deyil, daha çox vətəndaş qarşıdurmasına doğru sürüklənir. Əbəs deyil ki, Paşinyanın lideri olduğu hakim “Vətəndaş sazişi” partiyası daxilində də qopmalara başlanılıb. Bütün bunlar isə verilən proqnozların həqiqət olduğunu, erməni cəmiyyətində parçalanma reallığını daha çox açığa çıxarmış olur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə