“Ümumiyyətlə sanksiyalar çox mücərrəd bir anlayışdır”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
“Axır illər ərzində beynəlxalq münasibətlər sistemində artıq biz görürük ki, aparıcı ölkələr – ABŞ, Avropa ölkələri və s. çalışır ki, digər dövlətlərə, ölkələrə sanksiyalar tətbiq etsin. Baxaq görək, İraqa qarşı tətbiq olunan sanksiyalar nə ilə nəticələndi? 1991-ci ildə Küveytə daxil olmaq əsas səbəb götürülərək ABŞ İraqa qarşı sanksiyalar tətbiq etdi. Sonda heç bir nəticə əldə olunmadı və ABŞ ora daxil oldu. İrana qarşı isə 1979-cu ildən sanksiyalar tətbiq olunub. Burada da heç bir şey əldə olunmadı. Yəni istənilən nəticə əldə olunmadı. Biz bu gün Şimali Koreyanı da qeyd edə bilərik. Artıq Şimali Koreya Nüvə silahına malik bir dövlətə çevrilib. ABŞ prezidenti Donald Tramp məcbur olub gedib Şimali Koreyanın rəhbərliyi ilə görüşüb. Yəni sanksiyalar bir çox hallarda lazım olan nəticə vermir. Odur ki, Rusiyanı yenidən AŞPA-ya qaytardılar. Çünki aparıcı ölkələr başa düşür ki, əgər onlar Rusiya ilə münasibətlərin bərpasına nail olmaq istəyirlərsə, o zaman onlar bir meydançada bu məsələləri müzakirə etməlidirlər.
Ermənistana qarşı bu sanksiyalar isə çoxdan tətbiq olunmalı idi. Ermənistan nəinki bütün ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edib, hətta Azərbaycanın 20 faiz ərazisini indiyədək işğal altında saxlayır, beynəlxalq hüquq normalarına əməl etmir, tapdalayır və qətnamələri yerinə yetirmir. Bu reallıqdır. Bu gün Rusiya böyük bir dövlətdir. Əgər onlar Rusiyaya qarşı sanksiya tətbiq edirlərsə, təbii ki, onlar rus xalqına əziyyət verirlər. Orada pensiya məsələləri var, çoxuşaqlı ailələr var”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB