Rəqsanənin vəziyyəti yenidən pis olub

Dünən yerli mətbuatda müğənni Rəqsanə İsmayılovanın xərçəng xəstəliyinə tutulması barədə məlumatlar yayılıb. Türkiyədə olan müğənni xəbəri SİA-ya təsdiqlədi: "Başımda şiş var. Xalamda da var idi. Belə düşünürəm ki, bu xərçəngdir. 7 ildir şiş inkişaf edirdi, mənim isə bundan xəbərim belə yox idi. İndi artıq Tükiyədəyəm, hazırda qolumda sistem var. Dünən Bakıdan mənə çoxlu sayda zənglər olundu. Halım yenidən pis olub. Özümü çox pis hiss edirəm. İndi yalnız özümə gəlmək və bu ağır əməliyyat haqda düşünürəm. Xahiş edirəm, məni başa düşün. Bu barədə danışa bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə