Prokurorlar baş nazirin məhkəməyə çıxarılmasını tələb edirlər

Prokurorlar baş nazirin məhkəməyə çıxarılmasını tələb edirlər

İtaliyalı prokurorlar baş nazir Silvio Berluskoninin dərhal məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. SİA-nın xəbərinə görə, Berluskoni 17 yaşlı qıza seks əvəzində pul ödəməkdə və öz səlahiyyətlərindən sui istifadə edərək məsələni ört-basdır etməkdə ittiham olunur. İndi hakim Milan məhkəməsi qarşısında qaldırılan vəsatəti qəbul edib-etməməyə qərar verməlidir.

Prokurorlar iddia edirlər ki, 74 yaşlı Berluskoni bir sıra gənc qadınla, o cümlədən 17 yaşlı mərakeşli rəqqasə ilə cinsi əlaqədə olmaq üçün pul ödəyib. Baş nazir təqsirkar olmadığını deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə