"Ucuz şou ilə gündəmdə qalmaq Əli Kərimlinin həyat tərzidir" ÖZƏL-MÜNASİBƏT
"Əli Kərimlinin “xeyriyyə aksiyası” növbətin başqa bir şey deyildir. Məhz onun tapşırığı ilə etdikləri qanunsuz əməllərə görə müxtəlif vaxtlarda cərimə olunan şəxslərə dəstək məqsədilə guya bunlar xeyriyyə aksiyası təşkil edirlər və həmin aksiyada isə insanları asayişı pozmağa səsləyən çağırışlar edirlər. Sual olunur: xeyriyyə aksiyasında asayişi pozmaq çağırışı olurmu?". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

"Məlumdur ki, insanları itaətsizliyə, qanun pozuntusuna yol verməyə çağırmaq bunların əvvəldən fikirləşdikləri plan olub və məqsədli şəkildə çaxnaşma törətmək, polislə insanlar arasında qarşıdurma yaratmaqla növbəti görüntü yaratmaq əsas məqsəd olub. “Xeyriyyəçi” roluna girmiş Əli Kərimli xaricdən aldığı pulların bir qismi ilə onun fitnəsinə getmiş və haqqlı olaraq qanunun tələbi ilə cərimə olunmuş tərəfdarlarının cəriməsini asanlıqla ödəyə bilər. Axı bu cərimə olunmuş insanlar onun riyakarlığının qurbanlarıdır. Bu adam insanları çaxnaşma yaratmağa sövq edən açıq çağırışını qanunsuz saymır, amma polisin onu saxlamasını və qanunlara riayyət etməklə bağlı tələbini qanunsuz sayır. Bütün bunlar onu göstərir ki, ucuz şou ilə gündəmdə qalmaq vərdişi Kərimli kimi uğursuz siyasətçinin həyat tərzidir.
Azərbaycan sivil, hüquqi dövlətdir və qanun hamı üçün eynidir. Heç kim səbəbsiz olaraq cərimə edilə bilməz. Deməli, kimlərsə cərimə olunublarsa bunun səbəbi qanunları pozmasıdır. Kim qanunlara əməl etməyəcəksə elə qanun qarşısında da cavab verməli olacaq. Ona görə də qanunları pozduqlarına görə cərimə olunanlar üçün pul yığmaq adı altında “xeyriyyə aksiyası” da qanun pozuntusundan başqa bir şey deyildir və bu kimi tədbirlərin ssenari müəlliflərinin növbəti siyasi riyakarlığıdır"-deyə, İ.Orucov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB