"Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri almaq planında gecikmə yoxdur". SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Osaka şəhərində "G20" sammiti çərçivəsində keçirdiyi görüşdə qeyd edib.
Görüşdən əvvəl Ərdoğan, iki ölkə arasındakı əlaqələrin inkişafında ciddi dinamika müşahidə edildiyini qeyd edib.
"Biz S-400-ün tədarükü prosesini izləyirik. Həm də qeyd etmək istəyirəm ki, bizim prioritetimiz ilk növbədə əməkdaşlığımız üçün, texnologiyanın ötürülməsi də daxil olmaqla, raketlərin birgə istehsalıdır. Anladığım qədər tədarük prosesində heç bir gecikmə yoxdur", Ərdoğan deyib.
Prezidentin sözlərinə görə, rus-türk iqtisadi komissiyasının növbəti iclası Türkiyədə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB