"Rusiyanın Qafqazda Ermənistan dövləti yaratmasından bu günə qədər onların arasındakı münasibətlər yalnız böyük dövlətin strateji maraqları üzərində qurulub". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistana qarşı həm Çar Rusiyası, həm sovet və həm də indiki zamanda siyasi xətti dəyişməz olaraq qalır: "Hələ də Ermənistan Rusiya üçün Cənub Qafqazda forpost rolunu oynamaqda davam edir. Ermənistan hüquqi müstəqillik aldıqdan sonra Rusiya “Qarabağ klan” vasitəsilə bu siyasi tələblərini həyata keçirirdi. Paşinyanın qəflətən hakimiyyətə gəlməsi vəziyyəti bir qədər dəyişsə də hələ ki, Ermənistan çərçivədən çıxa bilmir. Rusiyapərəst “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Paşinyanın böyük sürətlə qərbə inteqrasiya istiqamət götürməsinə baxmayaraq Putin hakimiyyəti “Dağlıq Qarabağ kartından" məharətlə istifadə edərək Paşinyanın bir ayağını Rusiyada saxlamağa müvəffəq olub. Lakin bütün bunlara baxmayaraq Paşinyan ciddi cəhdlə okeanın o tayında dəstək axtarmaqdadır. Təbii ki, Paşinyan Rusiyanın təsir dairəsindən maksimum itkilərlə çıxmağa çalışır. O çox gözəl anlayır ki, istənilən halda Qarabağın hüquqi olaraq Azərbaycandan qoparılmasına nail ola bilməyəcək.
Rusiya isə Abxaziya,Osetiya, Krımda olduğu kimi Qarabağ separatçı rejiminin “müstəqilliyini" tanımayacaq. Ermənistan isə birdəfəlik Rusiyadan qopmaq barədə qərar verəcəyi təqdirdə isə indiyə qədər Qarabağ erməniləri üçün nəzərdə tutulmuş yüksək statuslu özünüidarəetmə statusunü itirə bilər. Lakin Ermənistanın Rusiyadan uzaqlaşaraq qərbə inteqrasiyası planın gerçəkləşməsi üçün düyməyə basılıb və bunun geriyə dönüşü yoxdur. Bütün bunları gözə alan Paşinyan hakimiyyətə gəldiyi andan erməni diasporaları ilə ciddi işləməyə başlayıb. İlk olaraq fəaliyyətə Fransadan başlayan Paşinyan fəaliyyətini ABŞ-da qərarlaşdırdı. Kaliforniya ştatının Qlendeyl şəhərinin iki dəfə meri seçilmiş tanınmış siyasətçi–politoloq Zareh Sinanyanın Ermənistanın diaspora işləri üzrə müvəkkili təyin edilməsi effektli addımdır. Bu şəhərin əhalisinin üçdə biri erməni olmaqla yanaşı onların şəhər sovetində icma olaraq nümayəndəlikləri var. Qlendeyl şəhərinin konqresdə nümayəndəsi isə ermənipərəst senator Adam Şif təmsil edir. Bu şəhərin həmçinin Qafan şəhəri ilə qardaşlaşmış münasibətləri mövcuddur. Bütün bu cəhdlərə baxmayaraq Azərbaycanın xarici siyasəti dayanıqlıdır və Paşinyanın bütün planlarına qarşı gərəkli tədbirlərin görülməsi üçün potensialımız kifayət qədərdir. Bundan ötrü Diasporla İş üzrə Dövlət Komitəmiz və səfirliklərimiz bir an da olsa fəaliyyətlərində boşluq və durğunluq yaratmamalıdırlar. Paşinyanın bu manevrlərinə “boş şeydir” deyib keçmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB