Kaliforniyada yaşayan ermənilər, evlərə gedərək səhiyyə xidməti göstərən agentliyin sahibləri, Angela Avetisyan və Ashot Minasyan, fırıldaqçılıqda təqsirli biliniblər. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, təqsirləndirilən ermənilər “Medicare” sağlamlıq sığorta sisteminə 22 milyon dollar ziyan vurublar.
Məlumatda qeyd olunur ki, məhkəmə 43 yaşlı Angela Avetisyana 10 il, 61 yaşlı Ashot Minasyana 6 il həbs cəzası təyin edib. Təqsirləndirilən və həbs olunan hər bir erməni 4,283,674 ABŞ dolları məbləğində ziyan ödəmək məcburiyyətindədir. Eyni iş üzrə Rober Glaser və Marina Merino da təqsirli biliniblər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB