Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanı bağışlamaq fikrində deyil. SİA Ermənistana məxsus lragir.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bu barədə “İrates” qəzeti yazıb.
Məlumata görə qəzet xatırladır ki, artıq “Çiçəklənən Ermənistan”-ın Robert Koçaryanın ətrafında baş verən proseslərə münasibəti sabiq prezidenti və onun yaxın ətrafını əməlli başlı qəzəbləndirib.
Bununla belə, qəzetin öz mənbələrinə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl deputatların Koçaryanın iddiasında siyasi bir şey görmədiklərini və buna qanuni müstəvidə baxıldığını bildirdiklərindən sonra bu qəzəb özünün kuliminasiya nöqtəsinə çatıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB