Nazir Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib
Nazir Elmar Məmmədyarov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətndən SİA-ya verilən xəbərə görə, etimadnamənin surətini təqdim edən T.Şaraşenidze ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Gürcüstan-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.
Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə gürcüstanlı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB