"Danışıqlar Ermənistan üçün bir şansdır" ÖZƏL-MÖVQE

"Danışıqlar Ermənistan üçün bir şansdır" ÖZƏL-MÖVQE

"2019-cu ilin əvvəlindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri davamlı olaraq intensiv xarakter daşıyır. Son üç Paris, Moskva və Vaşinqton görüşlərinin detalları açıqlanmasa da ilin əvvəlindən hər iki tərəfin bəyanatlarında “xalqları sülhə hazırlamaq" barədə bəyanatlar verilir". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bütün görüşlərin ümumi nəticəsi olaraq verilən bu bəyanatlar sülh istiqamətində müəyyən işlərin getdiyi və çərçivə razılaşmalar əldə olunmasına işarədir: "Problemin həlli ilə bağlı tərəflərə təklif olunan variantlar ümumilikdə razılaşdırılsa da Ermənistan tərəfi tərəddüd içərisindədir.Onlar da çox gözəl anlayırlar ki, regionda sülh olmadan Ermənistanın inkişafı mümkün olmayacaq. Görüşlərin intensiv xarakter alması Ermənistanın daha bəhanə gətirməyə və qaçmağa yeri olmadığı anlamını verir. Bu ilin sonuna qədər Ermənistan sülh müqaviləsinin altına imza atmaqdan imtina edəcəksə, o zaman Azərbaycan BMT-yə müraciət etmək hüququ əldə edəcək. Bundan sonra birtərəfli qaydada torpaqların heç bir şərt və razılaşma olmadan boşaldılması gündəmə gətirilə bilər. Bu danışıqlar Ermənistan üçün bir şansdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə