Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü İranda olacaq?

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü İranda olacaq?

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü İranda baş tuta bilər. SİA-nın xəbərinə görə, görüş İranda hər il keçirilən Novruz bayramı çərçivəsində keçirilə bilər. Belə ki, İran prezidenti Mahmud Əhmədinejat şənliyə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan prezidenti Serj Sarkisyanı qonaq qismində dəvət edib.

 

İranın Ermənistandakı səfiri Seyid Əli Saqayan artıq Ermənistan prezidentinin "Novruz" şənliyində iştirak edəcəyini təsdiqləyib. Qeyd edək ki, "Novruz" şənliyi mart ayını 27-28-ində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə