Politoloq: “Düşünürəm ki, cari ildə Dağlıq Qarabağla bağlı prosesdə pozitiv məqamlar yaranacaq”
"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Dağlıq Qarabağla bağlı Alt komitənin yaradılması Azərbaycan lobbisinə dəstək deməkdir". Bu sözləri politoloq Qabil Hüseynli SİA-ya açıqlamasında deyib. O bildirib ki, AŞPA-da Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyənlər və problemi daha yaxşı başa düşənlər çoxdur. Onun sözlərinə görə, bu səbəbdən də Ermənistan bu məsələdən narahat olaraq komitənin işində iştirak etməyəcəyini bildirib.
Bütün bunlara baxmayaraq AŞPA-da Dağlıq Qarabağla bağlı Alt komitənin yaradılmasının sülh yaratmaq prosesinə əlavə stimul verəcəyini dilə gətirən politoloq bir müddət əvvəl ermənilərin təzyiqi nəticəsində komitənin fəaliyyətinin dayandırılması məsələsinə də toxunub.
O qeyd edib ki, bu cür məsələlərin baş verməməsi üçün Azərbaycan diplomatiyası təşəbbüskar olmalı, bu məsələləri qaldırmalı, AŞPA-nın müzakirəsinə təqdim etməlidir: "Bundan əlavə parlament nümayəndə heyətimiz bu istiqamətdə lobbiçilik fəaliyyətlərini genişləndirməlidir. Əgər belə olarsa, o zaman AŞPA-da bu səpkidə yeni bir addım atıla bilər".
Açıqlaması zamanı münaqişənin həlli istiqamətində ölkəmizin Rusiya ilə apardığı işlər haqqında danışan Q. Hüseynli bildirib ki, uzun müddətdir ki, Azərbaycan Dağlıq Qarbağla bağlı Rusiya ilə işlər aparır: "Rusiyaya qaz əbəs yerə verilmir. Qaz siyasi faktordur və onun həcmi artırılacaq. Rusiya rəhbərliyinin bu məsələdəki fəaliyyətinə gəlincə Rusiyanın prezidenti Dmitri Medvedyev bu işdə Rusiyanın baş naziri Vladimr Putinlə müqayisədə daha səmimi görünür. Hesab edirəm ki, təkcə Rusiya deyil, digər dövlətlərin də təsiri ilə Azərbaycan yaxın zamanda bu istiqamətdə dönüş yaradacaq. Bu bir prosesdir. Düşünürəm ki, cari ildə Dağlıq Qarabağla bağlı prosesdə pozitiv məqamlar yaranacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB