Devrilən diktatorların yerinə hər zaman yaxşısı gəlmir

Devrilən diktatorların yerinə hər zaman yaxşısı gəlmir

Dünyanın hər yerində xalq kütlələri ölkəni illərdir, dəmir yumruqla idarə edən dövlət başçılarını devirərək xoşbəxtlik axtarır. Ancaq tarix göstərir ki, devrilən diktatorların əvəzinə heç də həmişə daha yaxşısı keçmir. Ümid edək ki, Qahirənin sonu da Konqo kimi olmasın...

Tunis

Tunis prezidenti Zine El Abidine Ben Ali yanvarın 15-də xalq qiyamı qarşısında tab gətirməyərək Səudiyyə Ərəbistanına qaçdı. O, 1987 – 2011-ci illərdə hakimiyyətdə olub. Bədxərclik onun sonunu gətirdi. Xalq istədiyinə nail olmasına, yəni dövlət başçısını devirməsinə baxmayaraq ölkədə hələ də sabitlik yaranmayıb. Bundan sonra nə olacağı isə qeyri-müəyyəndir.

Türkmənistan

Saparmurad Niyazov 1990-cı il oktyabr ayının 27-də keçirilən seçkilərdə Türkmənistan Sovet Sosialist Respublikasının ilk prezidenti seçilib. 1991-ci il oktyabrın 27-də Türkmənistan Sovet İttifaqından çıxdığını bəyan edəndən sonra prezident vəzifəsinin icrasını davam etdirib. 1992-ci il iyun ayının 21-də yeni konstitusiyanın qəbul olunması və yeni prezident seçilməsi məqsədilə keçirilən səsvermədə ölkə əhalisinin 99.9%-nin səsini alıb. 1993-cü il oktyabr ayının 22-də özünü Türkmənbaşı elan edib. Ömrünün sonunacan soyad kimi istifadə etdiyi bu tituluna uyğun olaraq Türkmənistanın Krasnovodsk şəhərinin adını dəyişdirib Türkmənbaşı qoyub. Bununla bərabər yanvar ayının adını da "Türkmənbaşı"ya dəyişdirib. Ürək dərmanı qəbul edən Türkmənbaşı rəsmi açıqlamaya görə, 21 dekabr 2006-cı ildə dünyasını dəyişib. Təəssüf ki, S.Niyazovun gedişi ölkəyə daha gözəl günlər gətirmədi.

Serbiya

1989-2000-ci illərdə hakimiyyətdə olan Slobodan Miloşeviç "Buldozer inqilabı" ilə devrildi. Bu soyqırımçı lider 1990-cı illərdə Avropanı dəhşətə saldı və müharibə cinayətlərinə görə məhkəmədə mühakimə olunarkən öldü. "Balkan qəssabı"nın çöküşündən sonra da Serbiya mütəşəkkil cinayətkarlığın yuvası olaraq qalırdı.

İndoneziya

Diktator Suharto 1967 – 1998-ci illərdə hakimiyyətdə olub. Ölkəni bürüyən sui-istifadələr Asiya maliyyə böhranı ilə eyni vaxtda gəldi. Ensiklopediyaları açıb "sui-istifadə" sözünü axtaran zaman qarşıya İndoneziya adı çıxır. Bu ölkədə hansısa iş görmək Suharto ilə əlaqə yaratmaq demək idi. Ancaq 77 yaşına gəldiyində Suhartonun çevirdiyi çarx ilişdi. İndoneziya Suhartonun devrilməsindən sonra inkişaf etmiş iqtisadiyyat və demokratiya qura bilib.

Konqo

Mobutu Sese Seko 1965 – 1997-ci illərdə iqtidarda olub. Qonşu ölkələrin ordularının əli ilə devrildi. Seko dövlətin sərvətlərinin öz şəxsi zənginliyi üçün xərcləyirdi. Vaşinqtonun kommunizmə qarşı mübarizəsindəki bu müttəfiqi nə qədər pis olursa olsun, Konqoda hazırda yaşananlar qədər pis ola bilməz. Onun devrilməsi 6 milyon adamın ölümünə gətirib çıxaran bir müharibəyə səbəb oldu.

Rumınıya

Nikolay Çauşesku

1967 – 1989-cu illərdə iqtidarda olub. 1989-cu ildə devrilərək barəsində ölüm hökmü verilib. Çauşeskunun adamları həyatda qalsalar da Rumıniya təmizləndi və NATO-ya üzv oldu: Əlvida Şərq bloku!

Şərqi Almaniya

1971-1989-cu illərdə Şərqi Almaniyaya rəhbərlik edən Erik Honekker bürokratların xəyanəti ilə üz-üzə qaldı. Bu gün Şərqi Almaniya adlanan bir ölkə yoxdur. Almaniya isə Avropa iqtisadiyyatının mühərrikinə çevrilmiş vəziyyətdədir.

Haiti

1971-1986-cı illərdə Haitini 15 il idarə edən və xalq üsyanı nəticəsində hakimiyyətdən gedən keçmiş diktator Babay Dok ləqəbli Cin Klaud Duvaliyer öz ölkəsinə geri dönüb. O, 25 il Fransada sürgün həyatı yaşayıb. Atasının ölümündən sonra hakimiyyəti ələ alaraq, 1971-1986-cı illərdə ölkəni idarə edən Duvaliyer hava limanında tərəfdarlarının alqışları ilə qarşılanıb. Hökümət isə Duvaliyerin dönməsi ilə bağlı heç bir açıqlama verməyib. 19 yaşında dövlət başçısı olan və toyu üçün milyonlar xərcləyən bu lider xalqının haqqlarını tapdalamaqdan bir an belə çəkilməyib.

Filippin

P>

Ferdinand Markos 1965 – 1986-cı illərdə iqtidarda olub və xalq qiyamı nəticəsində devrilib. Markosun fövqəladə vəziyyət elan etmək üzrə ekspert idi. Konqı diktatoru Mobutu kimi o da Vaşinqtonun kommunistlərlə mübarizə üçün tədarük etdiyi sərvətlərlə zənginləşdi. Markos hakimiyyətdən getsə də ölkənin üsyançılarla mübarizəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə