"Prezidentin sərəncamı ilə özəl sektor da diqqətdən kənarda qalmır" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən iyun ayının 18-də təqdim olunmuş inqilabi sosial paket kifayət qədər geniş və əhatəlidir. Təkcə, bir rəqəmi demək kifayətdir ki, bu, 2 milyon nəfər insanı əhatə edəcək. Maliyyə tutumu isə 1 milyarddan artıqdır. Təkcə bu iki rəqəm sosial paketin nə qədər əhatəli və inklüziv olduğunu göstərir. Əgər biz bu sosial paketin strukturuna baxsaq, öncə minimum aylıq əmək haqqının artırılmasını qeyd etmək lazımdır. Çünki artıq bu il ikinci dəfədir ki, cənab Prezident minimum aylıq əmək haqqını artırır. Bildiyiniz kimi fevral ayının 8-də ilk inqilabi sosial paketdə ölkə başçısı minimum əmək haqqını 130 manatdan 180 manata yəni təxminən 38,5 faiz artırdı". Bunu SİA-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
İcraçı direktorun sözlərinə görə, indiki halda isə artıq minimum əmək haqqı 180 manatdan 250 manata artırılıb: "Minimum əmək haqqının fəlsəfəsi odur ki, minimum əmək haqqından aşağı əmək haqqı vermək olmaz. Yəni Əmək Məcəlləsində bu iddia öz əksini tapıb. Bu o deməkdir ki, indiki halda 180 manatla 250 manat arasında əmək haqqı alanlar ən azı 250 manat və daha çox maaş alacaqlar. Beəliklə bizim hesablamalarımıza görə, dövlət sektorunda 600 min nəfərə yaxın insan minimum əmək haqqının artmasından təsirlənəcəkdir. O cümlədən Vahid Tarif Cədvəli üzrə də bunun təsiri olacaq. Çünki Vahid Tarif Cədvəli dövlət sektorunda çalışanlar üçün 19 pillədən ibarət olan bir cədvəldir. Onun birinci pilləsində adətən minimum əmək haqqı dayanır. Qalan pillələr isə daha çox olmaq şərtilə gəlir. Əgər minimum əmək haqqı artırsa, deməli növbəti 18 pillədə də artımlar baş verir. Beləliklə Vahid Tarif Cədvəli üzrə maaş alanların orta maşı təxminən 260 manatdan 360 manata qədər artacaqdır. Beləliklə dövlət sektorunda qeyd etdiyimiz kimi 600 minə yaxın insan minimum əmək haqqının artmasından faydalanacaq.
Təbii ki, özəl sektor da diqqətdən kənarda qalmır və sərəncamın fəaliyyət dairəsinə düşür. Belə ki özəl sektorda təxminən 300 min insanın əmək haqqısı 250 manatın üzərində olacaq. Beləliklə böyük bir miqyas yaranır. Əlbəttə ki, bu artımları kifayət qədər və limitsiz etmək olar. Amma indi Azərbaycanda minimum əmək haqqı digər ölkələrlə müqayisədə hansı səviyyədədir? Əgər biz alıcılıq qabiliyyəti pariteti ilə yanaşsaq, Azərbaycanda minimum əmək haqqı hal-hazırda MDB ölkələri arasında ikinci yerdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB