Sabina Freyzer: “Sülh danışıqlarında tərəqqinin olmaması yaxın bir neçə ildə müharibə ehtimalını artırır”
Beynəlxalq Böhran Qrupu Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətinə dair hesabatını açıqlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hesabatda xüsusi önəm cəbhə xəttində baş verən toqquşmalara verilib. Bu zəmində Azərbaycan və Ermənistanın sürətlə silahlanması eyni zamanda hərbi ritorikalar tərəflər arasında hərbi əməliyyatların bərpa edilməsi şanslarını artırır: "Bu isə regiona dağıdıcı nəticələr gətirə bilər. 2010-cu ildə bu vəziyyət pisləşmək üzrədir. Hər iki tərəfin hərbi potensialının artması Cənubi Qafqazda 1992-1994-cü illərdə baş vermiş münaqişədən daha təhlükəli toqquşmaya gətirib çıxara bilər. Tərəflərdən heç birinin asan və tez qələbə əldə etmək şansı olmayacaq. Hətta tərəflər kütləvi hücum əməliyyatları planlaşdırmasalar belə, vəziyyət idarə olunmayacaq və nəzarətdən çıxa bilər. Məhz buna görə, birdən müharibənin başlanma şansını minumuma endirmək üçün nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də qarşılıqlı inam və etimad mühitinin yaradılmasına addımlar atılmalıdır".
Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer bildirib ki, sülh danışıqlarında tərəqqinin olmaması yaxın bir neçə ildə müharibə ehtimalını artırır: "Sülh danışıqlarının aparılmaması istənilən an müharibənin başlanmasını və ya yaxın illərdə ümumi hücum əməliyyatlarının mümkünlüyünü artırır. Rusiya, ABŞ, Türkiyə və Avropa Birliyi bu ssenarinin qarşısını almaq üçün müəyyən addımlar atmalı və bunu prioritet məsələ kimi nəzərdən keçirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB