Anar Xəlilov: “Müxalifət sosial şəbəkələrdə üzləşdiyi iflas göz qabağındadır ” RƏY-ÖZƏL

Anar Xəlilov: “Müxalifət sosial şəbəkələrdə üzləşdiyi iflas göz qabağındadır ” RƏY-ÖZƏL

“Adları çəkilən insanların cəmiyyətdə, xalq arasında dayaqları sıfıra bərabərdir”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, məhz bu səbəbdən də onların xalq arasında açıq şəkildə fəaliyyət aparmalarının mənasız olduğunu dərk etdiklərindən üzlərini xarici qüvvələrə bağlayıblar: “Bu baxımdan ağılları və düşüncələri olsa, məkrli əməllərdən və planlardan əl çəkərlər. Demək olar ki, bu gün bunların ətrafında ancaq öz yaxınları, qohum-əqrabalarıdır. Müxalifət düşərgəsini təmsil edən şəxslərin xalq tərəfindən dəstəyi yoxdur. Belə olan halda da, adları çəkilən qüvvələr öz mövcudluqlarını saxlamaqdan ötrü, “mən də varam” prinsipi ilə sosial şəbəkələrdən istifadə edirlər. Sanki sosial şəbəkələr bunlara bir növ mövcudluqlarını saxlamaq üçün bir nəfəslikdir. Onların işləri-peşələri, sosial şəbəkələrdə şər və böhtan xarakterli məlumatlar yaymaqla məşğul olmaqdır. Təbii ki, onların bu planları da baş tutmur. Artıq hər kəs müxalifətin kim olduğunu müxalifətin özündən də yaxşı bilir. Əminliklə deyə bilərəm ki, müxalifətin sosial şəbəkələrdə apardığı kay-küy kampaniyası iflasa uğrayacaq. Daha doğrusu artıq müxalifət sosial şəbəkələrdə üzləşdiyi iflas göz qabağındadır və onların heç bir uğurlarından söhbət gedə bilməz”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə